Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turniri start götürüb.
Bizim.Media xəbər verir ki, ilk yarış günündə bir cüdoçumuz fəxri kürsüyə qalxıb.
60 kq çəki dərəcəsində Hüseyn Allahyarov üçüncü yer uğrunda görüşdə İtaliya təmsilçisi Byaco D Anceloya ipponla qalib gələrək bürünc medal qazanıb. Bu, 22 yaşlı cüdoçumuzun Dünya Cüdo Turunda ilk mükafatı olub.
Qeyd edək ki, Azərbaycan yarışa 15 cüdoçu ilə qatılıb.
Bizim.Media