Niderland millisinin və “İnter”in müdafiəçisi Denzel Dumfris zədələnib.
Bizim.Media xəbər verir ki, bu barədə “vi.nl” nəşri məlumat yayıb.
29 yaşlı futbolçunun adı bu gün səfərdə Polşa yığması ilə keçiriləcək oyun üçün heyətdə yoxdur. Ayağında ağrılar olan futbolçunun millinin düşərgəsini tərk etdiyi bildirilib.
Qeyd edək ki, Niderland millisi 16 xalla qrup lideridir.
Bizim.Media