"O epizodda penalti var idi" - Ayxan Abbasov

Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti görüşünü keçirib.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv İslandiya ilə qarşılaşıb. 8-ci km stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizim.Media xəbər verir ki, matçdan sonra millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

"Xal qazanmaq istəyirdik. Buna inanırdıq. Təəssüf ki, uduzduq. Rəqibin gücü bəlli idi. 

Bilirdik ki, onlar bu görüşə son oyun kimi baxırdılar. Yaxşı komandadır.
 

Ukrayna ilə müqayisə etsək, komanda olaraq daha yaxşı təsir bağışlayır. İkinci hissə daha yaxşı olduq. Birinci hissədə fürsətlər oldu, soyuqqanlı olsaydıq, vura bilərdik. Sadə qollar buraxdıq.


İtkilər və yeni oyunçularımız var idi. Sona qədər mübarizə apardıq. Fransa ilə son oyunumuz qalıb. Ona hazırlaşacağıq".

- Rəqibin baş məşqçisi dedi ki, Azərbaycan ikinci hissədə daha yaxşı idi. Mümkün penalti epizodu haqda fikriniz necədir?

- Bəhanə kimi fikir bildirmək istəmədim. Bu gün hakimlik bizə qarşı idi. Rüstəm Əhmədzadə sarı vərəqə epizodu oldu. Təəssüf ki, oyunu buraxacaq. Orada məncə penalti var idi.

Emin Mahmudova təşəkkür edirəm. Bir məşqlə bu ağır oyunda oynadı. Onun oynaması vacib idi. Müdafiəçilərimizin birinci hissədəki daha soyuqqanlılığı çatmadı. Rəqibin gümrah olmasından irəli gəlirdi.

- Rüfət Abbasovun oyununu necə qiymətləndirirsiniz?

- Rüfət bu gün qazandıq. Onu, Xəyal Əliyevi də. İnanıram ki, gələcəkdə də belə davam edərlər.

- Niyə künc və stanadrt zərbələri asmalar edirdik, yerlə ötürmələr etmirdik?

- Rəqibin boşluqları var idi. Təəssüf ki, biz yaxşı icra etmədik. Deməzdim ki, onlar müdafiədə o qədər yaxşı idilər. Ən boşluq olan yerlərindən biri standart vəziyyət idi.

- "Qarabağ"da mütəmadi çıxış etməyən Abbas Hüseynov bu gün start heyətində yer aldı. Sırf Abbasın oynamasının xüsusi səbəbi var?

- Ona qalsa, bir çox futbolçular oynamır. Abdulla Xaybullayev də oynamır. O yaxşı idi, ona görə.

- Fransa ilə oyun öncəsi heyətdə dəyişikliklər çox olacaq?

- Biz bu iki oyuna hazırlaşanda, beynimizdə fikir var idi. Rüstəm Əhmədzadənin vərəqə limitinə düşməsi planları pozdu. Dəyişiklik olacaq. Duruma da baxacağıq.

Bilirik Fransadır, rəqib haqda danışmağa dəyməz. Səfərdə də onlarla mübarizə apardıq.

Bu gün gerçək var ki, qrupdakı rəqiblər bizdən güclüdür. Qəbul etmək istəmirik, amma çox çətin qrup idi. Futbolçular üçün son matçlar vacibdir.

- Fernandu Santuşun dövründə milli D liqasına yuvarlandı. DÇ-2026-nın seçmə mərhələsində 1 xal qazanıb. Millidən irəliləyiş gözləməyə dəyər?

- Olar. Buna inanırıq. Ruhdan düşmək lazım deyil. Hələ komandamız da gəncdir, get-gedə də gəncləşir. Birinci məqsəd olmalıdır ki, C liqasına qayıdaq. Bu oyunlara o baxışla da yanaşırıq. Çünki ora tam hazır olmaq lazımdır. Gələcəyin işidir. Millidə böyük nəticə haqda fikirləşmək tezdir. Amma çalışmaq lazımdır.

- Fransa ilə oyunöncəsi heyətlə bağlı nə düşünürsünüz?

- Emin Mahmudov, Elvin Cəfərquliyev böyük itkidir. Heyət geniş də deyil. 70-75 dəqiqə oynayacağını fikiləşirdik. Amma 2-ci matçı da fikirləşdik. Zədəsi sağalıb. Amma bilirdik ki, "Neftçi"də 1 məşq edib, derbi oynamışdı. Fransa ilə görüşdə 60-65 dəqiqə oynamaq gücü olacaq. (sportal.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanla Serbiya yaşıl və ənənəvi enerjidə güclərini birləşdirir - FOTO

Azərbaycanla Serbiya yaşıl və ənənəvi enerjidə güclərini birləşdirir - FOTO

"Şamaxı"nın legioneri milliyə ÇAĞIRILDI

"Şamaxı"nın legioneri milliyə ÇAĞIRILDI

Yazda gündüz yuxululuğunun səbəbləri və həll yolları açıqlandı

Yazda gündüz yuxululuğunun səbəbləri və həll yolları açıqlandı

Bir sıra istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Bir sıra istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Vüsalə qardaşının MƏZARINDA: “Bu gün hesabat günüm idi” - FOTO

Vüsalə qardaşının MƏZARINDA: “Bu gün hesabat günüm idi” - FOTO

Ağdamda QƏZA: Xəsarət alanlar var

Ağdamda QƏZA: Xəsarət alanlar var

DİQQƏT: Bu ərazidə işıq olmayacaq

DİQQƏT: Bu ərazidə işıq olmayacaq

BƏƏ Hörmüz boğazının açılması üzrə koalisiyaya qoşula bilər

BƏƏ Hörmüz boğazının açılması üzrə koalisiyaya qoşula bilər

FHN əməkdaşları sahibkarlara mallarını çıxarmalarına köməklik göstərirlər - FOTO/VİDEO

FHN əməkdaşları sahibkarlara mallarını çıxarmalarına köməklik göstərirlər - FOTO/VİDEO

Gürcüstanda matəm ELAN EDİLDİ

Gürcüstanda matəm ELAN EDİLDİ

Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

SON DƏQİQƏ: Lalə Azərtaşın verilişi də bağlandı

SON DƏQİQƏ: Lalə Azərtaşın verilişi də bağlandı

Ceyhun Bayramov Əraqçi ilə DANIŞDI: “Dron hucumları ilə bağlı araşdırmaların tamamlanması vacibdir”

Ceyhun Bayramov Əraqçi ilə DANIŞDI: “Dron hucumları ilə bağlı araşdırmaların tamamlanması vacibdir”

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Sabah Ağstafada 12 mindən çox abonent QAZSIZ QALACAQ

Sabah Ağstafada 12 mindən çox abonent QAZSIZ QALACAQ

Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi

Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi

Alena Əliyeva əsaslı bərpa və konservasiya işlərindən sonra Buxara karvansarasının açılışında - FOTO

Alena Əliyeva əsaslı bərpa və konservasiya işlərindən sonra Buxara karvansarasının açılışında - FOTO

Sahibkarlar yanan Dərnəgül bazarından mallarını çıxarmağa çalışırlar - FOTO/VİDEO

Sahibkarlar yanan Dərnəgül bazarından mallarını çıxarmağa çalışırlar - FOTO/VİDEO

Gürcüstanın Katolikos-Patriarxı VƏFAT ETDİ

Gürcüstanın Katolikos-Patriarxı VƏFAT ETDİ

Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTO

Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTO

Xocalıda Torpaq çərşənbəsi böyük coşqu ilə qeyd olunub - FOTO

Xocalıda Torpaq çərşənbəsi böyük coşqu ilə qeyd olunub - FOTO

Zelenski: “Ukraynalı ekspertlər Yaxın Şərq ölkələrinə “Shahed” PUA-larını zərərsizləşdirməkdə kömək edəcək” – VİDEO

Zelenski: “Ukraynalı ekspertlər Yaxın Şərq ölkələrinə “Shahed” PUA-larını zərərsizləşdirməkdə kömək edəcək” – VİDEO

Zaur Kamalın da verilişi BAĞLANDI - VİDEO

Zaur Kamalın da verilişi BAĞLANDI - VİDEO

33 il sonra Kəlbəcərdə Novruz tonqalı QALANDI - FOTO

33 il sonra Kəlbəcərdə Novruz tonqalı QALANDI - FOTO

End of content

No more pages to load

RADİO