Türkiyə Futbol Federasiyanın açıqladığı mərc oyunlarında iştirak edən futbolçuların siyahısında Azərbaycan milli komandasının üzvü Mert Çelik də var.
Bizim.Media xəbər verir ki, Peşəkar Futbol İntizam Komitəsi bu gün həmin oyunçuların cəzalarrını açıqlayıb.
"Sivasspor"da çıxış edən Mertin də cəzası məlum olub. Qurum 25 yaşlı mərkəz müdafiəçisinə 45 günlük futboldan uzaqlaşdırma cəzası verib.
Qeyd edək ki, Mert Çelik ölkəmizdə "Neftçi" və "Səbail"in formasını geyinib.
O, Azərbaycan milli komandasının heyətində 1 oyunda meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media