“Barselona”nın prezidenti Joan Laporta Lionel Messinin “Kamp Nou”ya icazəsiz daxil olmasına kəskin reaksiya verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Mundo Deportivo” və “Sport” nəşrləri məlumat yayıb.
Məlumata görə, Laporta hadisəyə görə son dərəcə qəzəblənib və klub daxilində araşdırma başladılmasını tapşırıb. O, kimlərin Messiyə stadionun bağlı hissəsinə keçməyə icazə verdiyini müəyyənləşdirməyi tapşırıb.
Klub rəhbəri hesab edir ki, kimliyindən asılı olmayaraq, hamı qaydalara riayət etməlidir. Bu, stadionun mühafizəçilərinə də, komandanın ulduzlarına da aiddir.
Xəbərdə bildirilir ki, Messinin stadionda çəkilən bir fotosu bir neçə əməkdaşı çətin vəziyyətə salıb.
Bizim.Media