“Sabah” basketbol klubu heyətini ABŞ-dən olan basketbolçu ilə gücləndirib.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Cerri Bleyksla 2 mövsümlük müqavilə imzalayıb.
31 yaşlı müdafiəçinin sonuncu klubu Çin təmsilçisi “Hefei Storm” olub.
2016-cı ildən peşəkar arenada çıxış edən C.Bleyks daha əvvəl İsveç, İtaliya, Fransa, Almaniya, Kipr, Latviya-Estoniya və Litva çempionatlarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media