Azərbaycanın ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (110 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarını iki medalla tamamlayıb.
Bizim.Media xəbər verir ki, idmançı təkanla qaldırmada 211 kiloqram nəticə ilə gümüş medal əldə edib.
Beləliklə, Dadaş Dadaşbəyli iki hərəkətin cəmində 391 kiloqram qaldıraraq gümüş medal qazanıb. O, bundan əvvəl birdən qaldırmada 180 kiloqramlıq nəticə göstərmişdi.
Bizim.Media