2025-ci il noyabrın 13-də keçiriləcək 2026 Dünya Çempionatının seçmə mərhələsinin sonuncudan əvvəlki turunda Ermənistan və Macarıstan yığmaları İrəvanda qarşılaşacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Qraparak” qəzeti yayıb.
Məlumata görə, Macarıstanın baş naziri Viktor Orban sözügedən futbol matçına baxmaq üçün sabah İrəvana gedəcək.
Bizim.Media