“Qalatasaray” “Tottenhem”in yarımmüdafiəçisi İves Bissumanı transfer etməyi hədəfləyir.
Bizim.Media xəbər verir ki, "sarı-qırmızılılar" yaz transfer dövründə də gündəmdə olan 29 yaşlı futbolçuya marağını davam etdirir.
Türkiyə klubu sezon sonunda müqaviləsi başa çatacaq Bissuma ilə razılaşmaq niyyətindədir.
Qeyd olunur ki, “Qalatasaray” oyunçu ilə ilkin danışıqlara başlayıb və ona 3 illik müqavilə təklif etməyə hazırlaşır.
Bizim.Media