“Bavariya”nın müdafiəçisi Dayot Upamekano karyerası boyunca qarşılaşdığı ən güclü beş hücumçunun adını açıqlayıb.
Bizim.Media xəbər verir ki, fransız futbolçunun siyahısına görə, birinci yerdə “Bavariya”nın hücumçusu Harri Keyn yer alır.
İkinci yerdə “Barselona”dan Robert Levandovski, üçüncü yerdə PSJ-nin oyunçusu Usman Dembele, dördüncü yerdə “Real”dan Kilian Mbappe, beşinci yerdə isə "Borussiya”dan (Dortmund) Seru Qirassi qərarlaşıb.
Qeyd edək ki, Dayot Upamekano 2021-ci ildən “Bavariya”da çıxış edir və komandanın əsas müdafiəçilərindən biridir. Bu mövsüm o, bütün turnirlərdə 15 matça çıxıb.
Bizim.Media