“Barselona”nın cinah hücumçusu Rafinya fərdi məşqlərə başlayıb.
Bizim.Media xəbər verir ki, “Barselona”nın 28 yaşlı cinah oyunçusu Rafinya zədədən sonra bərpa prosesini davam etdirir.
Futbolçu fərdi proqram üzrə məşqlərə qoşulub. Məlumata görə, bərpa prosesi yekunlaşmaq üzrədir və futbolçunun tezliklə qrupla məşqlərə qoşulması gözlənilir. Klub Rafinyanın 13-cü turda “Atletik” (Bilbao) ilə keçiriləcək matça qədər hazır olacağına ümidlidir.
Xatırladaq ki, Rafinya La Liqanın 6-cı turunda “Oviedo” ilə görüşdə (3:1) zədələnmiş, sonradan məşq zamanı zədəsi təkrarlamışdı.
Bizim.Media