Türkiyənin 1-ci liqasında yarışan "Iğdır"ın Azərbaycan milli komandasının forvardı Renat Dadaşovun transferindən imtina edib.
Bizim.Media xəbər verir ki, Türkiyə klubu onu qış "transfer pəncərəsi" zamanı icarə əsasında heyətinə qatmaq istəyirdi.
Lakin Superliqaya yüksəlmək hədəfi olan klub başqa forvardla anlaşıb deyə, Renatın transferindən vaz keçib.
Dadaşovun qışdan sonra da, müqaviləsinin axırına qədər “Motor”da qalacağı gözlənilir.
O, 2026-cı il iyunun 30-na qədər “Motor”a məxsusdur.
Rəşad Rafiqoğlu, Bizim.Media