"Qarabağ" Nəriman Axundzadənin yeni transfer qiymətini müəyyənləşdirib.
Bizim.Media xəbər verir ki, onu transfer etmək istəyən klub "köhlən atlar"a 2,5 milyon avro ödəməlidir.
Ağdam təmsilçisi menecerləri bu barədə məlumatlandırıb. Bildirilib ki, bu, ən aşağı qiymətdir və güzəşt olmayacaq.
İş ondadır ki, Axundzadəyə yeni təklif gəlib. Millinin də formasını geyinən gənc forvard Avropadan yeni dəvət alıb.
Axundzadə ilə yaxından maraqlanan komanda "Böyük beşlik" təmsilçisidir.
Ortabab statuslu klubun rəhbərliyi menecerlər vasitəsilə artıq hərəkətə keçib: həm səbəbkarın özüylə, həm də "Qarabağ" tərəfiylə əlaqə saxlayıb.
Onlar "köhlən atlar"la sözləşməsi 2027-ci ilin yayında başa çatacaq ön xətt oyunçusunun şərtləri, həm də təzminatın məbləğiylə bağlı bilgilər alıblar.
Bizim.Media