Misli Premyer Liqasında "Zəfər Turu"nun - XI turun son oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, turun son oyununda "Qarabag" - "Neftçi" derbisi baş tutub.
"Azərsun Arena"da keçirilən qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda qolları "Qarabağ"ın heyətində Toral Bayramov (49) və Kamilo Duran (84) vurublar.
Bu nəticədən sonra rəqiblərindən bir oyun az keçirən "Qarabağ" klubu 23 xalla turnir cədvəlinin ilk pilləsində yer alıb.
15 xala malik "Neftçi" isə yeddinci pillədə qərarlaşıb.

Bizim.Media