Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan təmsilçiləri 6 idman növündə çıxış edəcəklər.
Bizim.Media xəbər verir ki, idmançılarımız cüdo, üzgüçülük, ağırlıqqaldırma, stolüstü tennis, voleybol və boksda qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.
Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.
Bizim.Media