“Əl Hilal” klubu futbolçusu Sergey Milinkoviç-Saviç ilə müqaviləni uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Serbiyalı yarımmüdafiəçinin müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi artırılıb.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2023-cü ildən “Əl Hilal”da çıxış edir.
Bizim.Media