“Abubakar məşqə hamıdan birinci gəlir, axırıncı gedir” - Emin Mahmudov

“Oyuna çox yaxşı başladıq. İlk 15 dəqiqədə fəal idik. Lakin sonradan xeyli sayda top itkilərimiz oldu. Bu da “Qəbələ”yə inam verdi və onlar başladılar topla yaxşı oynamağa.

Biz də oyunun ipini itirdik. Şükür Allaha ki, yaxşı qurtardıq, yekunda qələbə qazandıq, yolumuza davam edirik”.

Bizim.Media xəbər verir ki, bu sözləri qol.az-a müsahibəsində “Neftçi”nin kapitanı Emin Mahmudov Misli Premyer Liqasının 9-cu turunda “Qəbələ”ni 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O bildirib ki, yaxşı oynamasalar da, qalib gəliblər:

“Əvvəlki oyunda bundan yaxşı oynamışdıq, lakin qələbə qazana bilməmişdik. Bəzən belə hallar olur. Yaxşı oynayıb qələbə qazana bilmirsən, rəqibdən üstün olmadığın matçda isə yekunda 3 xal qazanırsan”.

Mahmudov “Qəbələ” ilə matçda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olan yeni transfer Vensan Abubakarın çıxışını belə dəyərləndirib:

“Biz futbolçuların da ona ümidi böyükdür. Abubakar böyük peşəkardır. Çox yaxşı motivasiya ilə gəlib. Nəyə qadir olduğunu ilk oyundan gördük. İnanıram ki, davamı gələcək”.

Kapitan kamerunlu ulduzun işinə çox ciddi yanaşdığını vurğulayıb:

“Abubakarın nə dərəcədə peşəkar futbolçu olduğu görünür. Məşqə hamıdan birinci gəlib, ən axırıncı gedir. Gəldiyi gündən üzərində çox çalışır. Bununla göstərir ki, bu səviyyəyə elə-belə çatmayıb”.

E.Mahmudov növbəti turda qarşılaşacaqları “Kəpəz”lə görüşdən də söz açıb:

“Həftə arası kubok oyunumuz var. Daha sonra “Kəpəz”lə görüşə hazırlaşacağıq.

Hər komanda bizə problem yaşatmağa çalışır. Fərqi yoxdur, iddialıdır, yaxud autsayder.

Çalışacağıq ki, “Kəpəz”lə görüşdə də qələbə qazanaq və xallarımızı artıraq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO