Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirildi - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİRK), Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Gənclik Könüllü Tələbə İdman Cəmiyyətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib.

Bizim.Media xəbər verir ki, turnirin məqsədi tələbə idman hərəkatını gücləndirmək, ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlıq mühiti yaratmaq, gənclərdə strateji düşüncə və komanda bacarıqlarını inkişaf etdirmək, Zəfər Günü münasibətilə milli qürur və vətənpərvərlik ruhunu möhkəmləndirməkdir.

Bakı İdman Sarayında keçirilən tədbirin açılış mərasimində Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

AHİK-in sədr müavini Musa Mirzəyev, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov və digər çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, gənclər siyasətinin uğurlu icrasından bəhs edib, bu cür tədbirlərin gənclərin intellektual inkişafına, komanda bacarıqlarının formalaşmasına önəmli töhfə verdiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar.


Sonra beynəlxalq dərəcəli hakim Fikrət Sideifzadə iştirakçıları turnirin qaydaları ilə tanış edib və yarışa start verilib. Yarışda 14 ali təhsil müəssisəsindən kişi və qadınlar ayrı olmaqla ümumilikdə 28 komanda iştirak edib. Turnir Rapid şahmat qaydalarına əsasən, İsveçrə sistemi üzrə 7 turda keçirilib.
 

Yarışın nəticələrinə əsasən, qadınlar arasında I yeri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, II yeri Azərbaycan Dillər Universiteti, III yeri isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları tutub.


Kişilər arasında isə I yeri Azərbaycan Memarlıq və İnşaat Universiteti, II yeri Bakı Ali Neft Məktəbi, III yeri Bakı Dövlət Universitetinin komandaları qazanıb.

Qalib komandalar kubok, medal, fəxri fərmanla təltif olunub, hədiyyələr verilib.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

İranın kəşfiyyat naziri də öldürüldü

İranın kəşfiyyat naziri də öldürüldü

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

“İncirlik” bazasında daha bir “Patriot” yerləşdirilir

“İncirlik” bazasında daha bir “Patriot” yerləşdirilir

Riçard Almeydanın yeni klubu BƏLLİ OLDU

Riçard Almeydanın yeni klubu BƏLLİ OLDU

“Çimməyə 5 dəqiqə vaxt verirdi” - Qayınanasını öldürməyindən danışdı

“Çimməyə 5 dəqiqə vaxt verirdi” - Qayınanasını öldürməyindən danışdı

Sosial-əyləncə proqramlarının dayandırılmasının PƏRDƏARXASI

Sosial-əyləncə proqramlarının dayandırılmasının PƏRDƏARXASI

Hindistanlı həkimlər və tələbələr İrandan Azərbaycana GƏLDİ – FOTO

Hindistanlı həkimlər və tələbələr İrandan Azərbaycana GƏLDİ – FOTO

Ququşdan İran xalqına çağırış

Ququşdan İran xalqına çağırış

Bayram günlərində metro bu qrafiklə işləyəcək

Bayram günlərində metro bu qrafiklə işləyəcək

İrandan xarici vətəndaşların təxliyəsi davam edir - FOTO

İrandan xarici vətəndaşların təxliyəsi davam edir - FOTO

Daha 7 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi

Daha 7 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi

Polad Bülbüloğludan müəllimlərlə bağlı TƏKLİF

Polad Bülbüloğludan müəllimlərlə bağlı TƏKLİF

Bakıda sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO

Bakıda sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO

Zaurun yerinə Nanə gəlir? - İDDİA

Zaurun yerinə Nanə gəlir? - İDDİA

Tofiq Zülfüqarov söyüş blogerlərini İFŞA ETDİ

Tofiq Zülfüqarov söyüş blogerlərini İFŞA ETDİ

Bu klinikada tibb təhsili olmayan "həkimlər" çalışırmış

Bu klinikada tibb təhsili olmayan "həkimlər" çalışırmış

End of content

No more pages to load

RADİO