"Udineze"nin yarımmüdafiəçisi Artur Atta İtaliyada klubunu dəyişə bilər.
Bizim.Media xəbər verir ki, "Yuventus" fransalı futbolçunun xidmətində marraqlıdır.
Bu barədə yerli mətbuat məlumat yayıb.
"Ağ-qaralar" 22 yaşlı oyunçunu yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Udineze" Artur Attanı mövsümün əvvəlində "Mets"dən 8 milyon avroya transfer edib.
O, A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media