“Kəpəz” klubu daha bir legionerlə vidalaşmağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisi Pedro Qomeşlə yollarını ayıracaq.
Baş məşqçi Azər Bağırov adıçəkilən legionerin xidmətinə ehtiyac duymadığını rəhbərliyə çatdırıb.
Qeyd edək ki, Pedro Qomeş mövsümün əvvəlində “Kəpəz”ə Porquqaliyanın “Boavişta” klubundan keçirib. Onun komanda ilə müqaviləsi mövsümün sonuna qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media