Rəşad Sadıqov: “Çox vacib 3 xal qazandıq”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 9-cu turunda doğma meydanda “Sumqayıt”a qalib gəldikləri (1:0) oyunla bağlı danışıb:

Bizim.Media xəbər verir ki, matçdan sonra “qartallar”ın çalışdırıcısı oyunu və komandasının çıxışını belə dəyərləndirib:

“Bilirdik ki, çox yaxşı formalaşmış və uğurlu çıxış edən komandaya qarşı oynayacağıq. Matça yaxşı başladıq, birinci hissə üstünlüyümüzlə keçdi və hesabı açdıq. İkinci yarıda rəqibin böyük qüvvə ilə irəli atılacağı bəlli idi. Yaxaladığımız boşluqlardan səmərəli istifadə edib ikinci qolu vursaydıq, oyun daha rahat keçərdi. Amma futbolçularımız yaxşı xarakter nümayiş etdirərək rəqibə fərqlənməyə imkan vermədilər. Çox vacib 3 xal qazandıq.”

Rəşad Sadıqov həmçinin hakim idarəçiliyi, gənc oyunçulara şans verilməsi və komanda üzvləri barədə də danışıb: “Rauf Cabarovun idarəçiliyi oyuna sakitlik gətirdi və hər iki tərəfin etirazı olmadı.”

Mütəxəssis gənc futbolçulara şans verməkdə imkanların məhdud olduğunu bildirib: “Bizim hələ ki elə imkanımız yoxdur ki, perspektivli uşaqları aşağı yaş qruplarından ibarət komandalarımıza cəlb edək. Bilirik ki, iddialı akademiyaları olan klublarımız var. Biz onlarla rəqabət aparmaqda çətinlik çəkirik. İlk fürsətdə Cəlalı oynatdıq. Onu Azərbaycan futboluna qazandırdıq. Fürsət düşdükcə yerli futbolçulara şans verən məşqçiyəm. Hazırda rəqabətə tap gətirə biləcək gənc oyunçumuz yoxdur. 17 yaşlı Əhlimanı artıq əsas komandaya cəlb edirik. Düşünürəm ki, 1-2 il sonra onu çempionat oyunlarında görəcəyik. Digər gənclərdə hələ ki matçlarda iştirak edəcək potensial görmürəm. Bir az da bərkiməlidirlər.”

Sadıqov Vinsent Tillə yolların ayrılmasını komanda üçün doğru qərar hesab edib: “Futbolçunun komandaya gəlməsinin bir səbəbi var, o da kollektivi gücləndirməkdir. Onun vaxtilə dizindən aldığı zədə bizi narahat edirdi. Biz onu yoxladıq. Dizində heç bir problem yox idi. Başqa bir zədə aldı. O zədə də 4-5 dəfə təkrarlandı. 4 ay ərzində komanda ilə cəmi bir məşqdə iştirak etmişdi. Oturduq söhbət etdik, düşündük ki, ona uzunmüddətli müalicə lazımdır. Yaxşı olar ki, Avropada bərpa prosesi keçsin. Ola bilər ki, bir məşqçi olaraq gələcəkdə Tillə qarşılaım. Çünki futbolçu olaraq onu çox bəyənirəm. Düşünürəm ki, hər iki tərəf üçün doğru qərar oldu.”

O, qapıda Aydın Bayramova şans verilməsinin səbəbini isə belə izah edib: “Tiaqo Silvanın "Sabah"la oyundakı qollarda səhvi yox idi. Qərar həmin matçdan öncə verilmişdi. Demişdim ki, "Sumqayıt" və "Karvan-Yevlax"la oyunlarda Aydına şans verəcəm. O, bizim üçün dəyərlidir. Aydının ötən mövsüm ikinci yeri tutmağımızda böyük rolu oldu. Amma bir nömrəli qapıçımız Silvadır.”

Baş məşqçi Eldar Quliyevin çıxışından razı olduğunu və yaxın gələcəkdə ona daha çox şans veriləcəyini vurğulayıb: “Eldar Quliyevin ümumi çıxışından çox razıyam. Onun gəldiyi mövsümdə komanda uğursuz oldu, 5-ci yeri tutduq. Amma sonrakı illərdə Eldarın böyük əməyi olub. Sadəcə olaraq bir az uğursuzluq yaşadı. Ötən mövsüm sona 3-4 tur qalmış zədələndi. Təlim-məşq toplanışında yenidən zədə aldı. 3-4 ay yaxşı məşq edə bilmədi. Yavaş-yavaş ona şans verməyə başlamışıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO