“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında qol sayını artırıb.
Bizim.Media xəbər verir ki, ingiltərəli forvard "Brügge” ilə oyunda (4:0) turnirdəki 45-ci qolunu vurub.
Bununla da o, "Çelsi"nin sabiq üzvü Didye Droqbanı (44 qol) arxada qoyub.
Keyn bu nəticəni 60 oyunda əldə edib. Droqba isə 44 qolu vurmaq üçün 92 matç keçirmişdi.
Qeyd edək ki, hazırda Çempionlar Liqasının bütün dövrlər üzrə bombardiri Kriştiano Ronaldodur. Onun hesabında 140 qol var.
Bizim.Media