İspaniya çempionu "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone portuqaliyalı hücumçu Kriştiano Ronaldo və argentinalı hücumçu Lionel Messinin ayrılmasından təəssüfləndiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “El Pais” nəşri yayıb.
"Hamımız La Liqada Ronaldo və Messinin gedişindən məğlub olduq, amma illər keçdikcə onlar çempionatımızda ən yüksək nəticə göstərdilər.
Onlarsız La Liqa böyüməli və inkişaf etməlidir. Düşünürəm ki, indi İspaniya futbolunun tempi aşağı düşüb”, deyə Simeone qeyd edib.
Bizim.Media
