Güləşçimizə 1 000 000 qrivna mükafat vəd edilib? - AÇIQLAMA          

"Olimpiadadan sonra mənə Zaporojye bölgəsində 2 otaqlı mənzil verdilər. Tezliklə orada təmir işlərinə başlayacağam".

Bizim.Media xəbər verir ki, bunu Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra aldığı mükafatlar barədə "КП в Украине" nəşrinə müsahibəsində deyib.

Yaponiya paytaxtındakı yarışda gümüş medal qazanmış 23 yaşlı idmançı bildirib ki, Zaporojye meri ona 1 000 000 qrivna mükafat vəd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan güləşçiləri qızıl və gümüş medal qazandılar


"Vergilər çıxıldıqdan sonra təqribən 800 000 qrivna (1000 qrivna 64 manat - red.) pul qalacaq. Amma hələlik vəsait hesabıma köçürülməyib. Mən də gözləyirəm. Olimpiadadan sonra aldığım 80 000 ABŞ dolları məbləğində mükafatı Nikolayevdə yaşayan valideynlərimə verdim. Onlar mənzil almaq istəyirlər".

Nəsibov Tokio olimpiadasından sonra aylıq məvacibində dəyişiklik olmadığını söyləyib: "Məbləğ hələlik əvvəlki kimi 15 000 qrivnadır. Belə başa düşürəm ki, maaşla bağlı qərar 2022-ci ildən qüvvəyə minəcək. Prezident müavinəti də nəzərdə tutulur. Yaxşı olmalıdır. Alanda sizə deyəcəyəm".

Bir müddətdir ukraynalı qadın güləşçi Yelena Kremzerlə sevgili olan Nəsibov onunla tanışlığından söz açıb. İdmançı toya hazırlaşdığını gizlətməyib:

"Biz yeniyetmə yaşlarında - Dünya çempionatına gedəndə tanış olmuşuq. Çox xoşuma gəldi və ona diqqət yetirməyə başladım. Çoxdandır belə qız axtarırdım. O, mənim üçün qeyri-adi idi. İlk baxışdan vuruldum. Yelena isə dost olduğumuzu düşünürdü (gülür - red.). Bu, mənim üçün sevgi, ona görə isə yalnız dostluq idi. Yalnız bir müddətdən sonra mənə qarşı hissləri oyandı. Tezliklə toy olacaq. Olimpiadadan sonra bir az nəfəs alıb bu barədə düşünmək olar".
 

Sevimli məşğuliyyətlərindən də danışan Nəsibov maraqlı televiziya proqramlarını izləməyi xoşladığını vurğulayıb: "Amma daha çox balıq tutmağı və dincəlməyi sevirəm. Bunlar mənim hobbimdir. Bədənimin və ruhumun dincəldiyi ən sevimli yer isə ata ocağıdır".


Güləşçi sonda "Ukrayna prezidenti Volodimir Zelenskidən nə soruşardınız" sualına bu cür cavab verib:

"Mən ona ölkə üçün etdiyi hər şeyə görə yalnız təşəkkürümü bildirərəm. Şəxsən mən liderimizin dəstəyini hiss edirəm. Fəxr edirəm ki, ölkəmizin başında belə bir insan dayanır. Onunla asanlıqla ünsiyyət qura bilərsiniz, açıq və mehribandır. Başqa ölkələrin prezidentləri ilə bu, praktiki olaraq mümkün deyil".

Qeyd edək ki, Pərviz Nəsibov Ağstafa rayonunun Muğanlı kəndində anadan olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Arda Güler daha 5 il "Real"da

Arda Güler daha 5 il "Real"da

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

“WhatsApp”ın işində problem YARANDI

“WhatsApp”ın işində problem YARANDI

Tramp: “Putinin müharibəyə başlaması ilə bağlı bütün detalları açıqlayacağam”

Tramp: “Putinin müharibəyə başlaması ilə bağlı bütün detalları açıqlayacağam”

Atasının sözləri Güneli ağlatdı - VİDEO

Atasının sözləri Güneli ağlatdı - VİDEO

İnsan təkamülündə göbələklərin təsiri – MARAQLI TƏDQİQAT

İnsan təkamülündə göbələklərin təsiri – MARAQLI TƏDQİQAT

"Çelsi"nin kapitanı əməliyyat olundu

"Çelsi"nin kapitanı əməliyyat olundu

Ukraynanın Aİ-yə üzvlüyü sürətlənir – Birgə işçi qrupu yaradıldı

Ukraynanın Aİ-yə üzvlüyü sürətlənir – Birgə işçi qrupu yaradıldı

Gec saatlara qədər işləyirsiniz? - Bu, çəkinizə düşündüyünüzdən daha çox təsir edə bilər

Gec saatlara qədər işləyirsiniz? - Bu, çəkinizə düşündüyünüzdən daha çox təsir edə bilər

"Məcburam dərdimi sizinlə bölüşüm"

"Məcburam dərdimi sizinlə bölüşüm"

Lukaşenkodan Trampa ETİRAZ: “Ukrayna prezidentinin kim olacağına o qərar verməməlidir”

Lukaşenkodan Trampa ETİRAZ: “Ukrayna prezidentinin kim olacağına o qərar verməməlidir”

Venger FİFA prezidentliyinə namizədliyini irəli sürəcək?

Venger FİFA prezidentliyinə namizədliyini irəli sürəcək?

End of content

No more pages to load

RADİO