Futbol üzrə Argentina millisinin məşqçisi Roberto Ayala silahla qarət edilib.
Bizim.Media xəbər verir ki, bu barədə "El Mundo Deportivo" nəşri məlumat yayıb.
Hadisə San-Kaetano rayonundan keçərkən baş verib.
48 yaşlı mütəxəssis şəxsi avtomobili ilə gedərkən 3 nəfər silahlı şəxs onu dayandırmaq üçün əvvəlcə maşına daş atıblar.
Ardınca isə əllərindəki tapança ilə Ayalanı hədələyərək, onun təqribən 5 600 avro pulunu və mobil telefonunu götürüblər.
Həmin vaxt yoldan keçən sürücü vəziyyəti görüb və polisi keçmiş futbolçunun köməyinə gəlməyə çağırıb.
Bizim.Media