Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messinin son durumu açıqlanıb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa-1-in VI turunda "Lion"la oyunda zədələnən 34 yaşlı hücumçu sol dizindən xəsarət alıb.
O, 48 saatdan sonra təkrar tibbi müayinədən keçəcək.
Messi bu səbəbdən VII turda "Mets"lə sabah keçirəcəkləri matçı buraxacaq.
Qeyd edək ki, PSJ-nin 2:1 hesablı qələbəsi ilə bitən görüşün start heyətində yer alan Lionel Messi 76-cı dəqiqədə əvəzlənmişdi.
Bizim.Media