Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyə "Bursaspor"u yeni baş məşqçisini açıqlayıb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, "timsahlar" Özcan Bizati ilə 1+1 illik müqavilə imzalanıb.
53 yaşlı mütəxəssis bu postda sentyabrın 19-da istefaya göndərilmiş Fatih Tekkeni əvəzləyib.
Qeyd edək ki, Özcan Bizati son olaraq "Genclerbirli" klubunda işləyib.
Bizim.Media