Portuqaliya çempionatında 6-cı turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Braqa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Renat 79-cu dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qolunu 86-cı dəqiqədə millimizin forvardı vurub.
Qeyd edək ki, “Tondela” 6 turdan sonra 3 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.
Bizim.Media