Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Moderator.az-ın məlumatına görə, təmsilçimiz “Qarabağ” səfərdə Polşanın “Piast” klubunun qonağı olub.
Bakıda keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gələn Ağdam klubunun növbəti mərhələyə keçmək şansı rəqibinə nisbətən üstün idi. Oyuna qolla başlayan "Qarabağ" sonradan üstünlüyünü əldən verib. Lakin matçın 108-ci dəqiqəsində daha bir qol vuran təmsilçimiz növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində “Anortosis” (Kipr) - “Qefle” (İsveç) cütünün qalibi ilə qarşılaşacaq.