"Avro-2020”: İngiltərə millisi finala çıxdı - VİDEO 

İyulun 7-də "Avro-2020"nin ikinci yarımfinal qarşılaşmasında İngiltərə və Danimarka milliləri üz-üz gəliblər. 

Bizim.Media xəbər verir ki, Londondakı “Uembli” stadionunda keçirilən görüşdə 2:1 hesabı ilə qalib gələn İngiltərə yığma komandası tarixində ilk dəfə Avropa çempionatının finalında iştirak hüququ qazanıb. 

Oyunda hesab 30-cu dəqiqədə açılıb. Danimarkalıların 21 yaşlı hücumçusu Mikkel Damsqaard cərimə zərbəsindən baxımlı qola imza atıb - 1:0. Bu, Avropa çempionatında öz qapılarını toxunulmaz saxlayan ingilislərin buraxdıqları ilk qol olub. 

Qoldan sonra, xüsusilə birinci hissənin sonuna yaxın təzyiqi artıraraq bir neçə qol vəziyyəti yaradan İngiltərə komandası matçın 39-cu dəqiqəsində istəyinə çatıb. İngilislərin sağ cinahdan başladığı hücumda Sakanın cərimə meydançasındakı Rahim Sterlinqə ötürməsinə mane olmağa çalışan kapitan Simon Kyaer avtoqola imza atıb - 1:1. 

İlk hissə bu hesabla başa çatıb. Qarşılaşmanın ikinci hissəsi komandaların sürətli hücumları ilə başlayıb. Lakin hər iki komandanın cəhdlərinə baxmayaraq, ikinci hissədə qapılara top vurulmayıb. Qalibi müəyyənləşdirnək üçün hər biri 15 dəqiqədən ibarət iki əlavə vaxt oynanılıb. 

Birinci əlavə vaxtın sonuna yaxın danimarkalı müdafiəçilərin cərimə meydançasında Rahim Sterlinqə qarşı törətdikləri qayda pozuntusuna görə hakim 11 metrlik cərimə zərbəsi təyin edib.

Harri Keyn matçın 114-cü dəqiqəsində cərimə zərbəsini yerinə yetirib. Qapıçı Kasper Şmayxel ilk zərbəni dəf etsə də, Harri Keyn təkrar zərbə ilə komandasını hesabda irəli çıxarıb. 

Beləliklə, görüşdə 2:1 hesabı ilə qalib gələn İngiltərə milli komandası Avropa çempionatları tarixində ilk dəfə finala yüksəlib.  

İyulun 11-də keçiriləcək final matçında İngiltərənin rəqibi İtaliya komandası olacaq. “Uembli” stadionunda keçiriləcək həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mənzil satanların DİQQƏTİNƏ: Sığorta ödənişinizi geri ala bilərsiniz

Mənzil satanların DİQQƏTİNƏ: Sığorta ödənişinizi geri ala bilərsiniz

Vətən müharibəsinin xronikası: 17 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 17 oktyabr – VİDEO

Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi

Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi

Türkiyəyə səs salan qətllə bağlı qərar verildi - FOTO

Türkiyəyə səs salan qətllə bağlı qərar verildi - FOTO

Məhkumların cəzasının təxirə salınması ilə bağlı mühüm QƏRAR

Məhkumların cəzasının təxirə salınması ilə bağlı mühüm QƏRAR

Futzal millimiz Çexiyaya UDUZDU

Futzal millimiz Çexiyaya UDUZDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

“Sakitliyim xəbərsizliyim deyil”

“Sakitliyim xəbərsizliyim deyil”

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Arda Güler daha 5 il "Real"da

Arda Güler daha 5 il "Real"da

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

End of content

No more pages to load

RADİO