PSJ "Barselona" ilə müqaviləsinin müddəti bitən və hazırda azad agent statusu daşıyan Lionel Messini heyətinə qatmaq istəyir.
Bizim.Media xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi argentinalı ulduzun atası Jorge Messi ilə görüşüb və əla təklif irəli sürüb. Fransa mətbuatında tərəflər arasında razılığın əldə edildiyi də yazılır.
PSJ maddi problemlərə görə, Kataloniya təmsilçisi ilə yeni müqavilə imzalaya bilməyən 34 yaşlı hücumçunu sıralarına qatmaq üçün israrla keçidi reallaşdırmaq fikrindədir.
Qeyd edək ki, argentinalı 2004-cü ildən "Barselona"nın şərəfini qoruyur.
Bizim.Media