Fransanın "Pari Sen-Jermen" futbol klubu Argentina millisinin hücumçusu Lionel Messiyə müqavilə təklif edib.
Bizim.Media xəbər verir ki, informasiyanı AS nəşri yayıb.
Mənbə yazır ki, Messinin İspaniyanın “Barselona” komandası ilə müqaviləsi bitdiyindən iyulun 1-dən o, sərbəst agent olub.
Hələki futbolçu bütün diqqətini Amerika Kubokuna yönəldib.
Turnirdən sonra klub 34 yaşlı hücumçu ilə aktiv danışıqlara başlayacaq.
Bizim.Media