İngiltərə millisi Ukraynanı darmadağın etdi – VİDEO

Futbol üzrə İngiltərə millisi Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib.

Bizim.Media xəbər verir ki, iyulun 3-də turnirin dörddəbir final mərhələsi çərçivəsində Romadakı “Olimpiko” stadionunda baş tutan görüşdə Ukrayna və İngiltərə yığmaları üz-üzə gəliblər.

Almaniyalı Feliks Brixin idarə etdiyi oyuna İngiltərə millisi daha fəal başlayıb. İngilislər istəyinə oyunun 4-cü dəqiqəsində erkən qolla çatıb.

Belə ki, Rahim Sterlinqin ara ötürməsindən sonra Hari Keyn rəqibin qapıçısı ilə üzbəüz qalıb və fürsəti əldən verməyib. Qoldan sonra da hücumların davam etdirən İngiltərə seçməsi matçın 31-ci dəqiqəsində hesab arasındakı fərqi artıra bilərdi, lakin ukraynalıların qapıçısı Georgiy Buşan komandasını xilas edə bilib.

Qarşılaşmanın 34-cü dəqiqəsində Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko məcburi əvəzetmə edib. Belə ki, Viktor Çıqankov zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb. Onu Serqey Krivçov əvəz edib.

Görüşün birinci hissəsi İngiltərə seçməsinin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci hissəsinin əvvəlində yenidən rəqibin qapısı qarşısında təhlükəli vəziyyətlər yaradan İngiltərə millisi hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmanın 46-cı dəqiqəsində Hari Keyna qarşı Ukrayna millisinin müdafiəçiləri kobud oynayıb. Lük Şounun cərimə meydançasına ötürdüyü topa hamıdan tez yetişən Hari Maquayer komandasının vacib qoluna imza atıb. Qoldan 4 dəqiqə sonra İngiltərə millisi üçüncü dəfə fərqlənməyə nail olub. Belə ki, Rahim Sterlinq və Lük Şounun qurduğu hücumu Hari Keyn dəqiq baş zərbəsi ilə tamamlayıb.

Bu da oyunda son qol olmayıb. Matçın 63-cü dəqiqəsində İngiltərə millisi Ukrayna yığmasının qapısından dördüncü topu keçirib. Meyson Mountun künc zərbəsindən ötürdüyü topu meydana yenicə daxil olmuş Cordan Henderson baş zərbəsi ilə tamamlayıb.

Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib. Beləliklə, 4:0 hesabı ilə qalib gələn İngiltərə yığması “Avro-2020”nin yarımfinal mərhələsinə adlayıb.

Qaret Sautqeytin yetirmələri növbəti mərhələdə Danimarka millisi ilə qarşılaşacaq. Danimarkalılar Bakı Olimpiya Stadionunda Çexiya seçməsindən üstün olub - 2:1.

Xatırladaq ki, mübarizəyə D qrupunda başlayan İngiltərə yığması ilk görüşdə Xorvatiyaya (1:0) daha sonra Çexiyaya (1:0) qalib gəlib.

Qrupun digər oyununda Şotlandiya yığması ilə qolsuz heç-heçə edərək lider kimi səkkizdəbir finala yüksəlib. İngilislər səkkizdəbir finalda turnirin favoritlərindən sayılan Almaniya millisini mübarizdən kənarlaşdırıb - 2:0.

“Avro-2020”nin yarımfinal mərhələsinin görüşləri iyulun 6-7-də, final matçı isə iyulun 11-də keçiriləcək. Yarımfinal və final görüşlərinə Londondakı “Uembli” stadionu ev sahibliyi edəcək. Birinci yarımfinal matçında İtaliya və İspaniya komandaları, bir gün sonra isə Danimarka və İngiltərə seçmələri qarşılaşacaqlar.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu “Avro-2020”nin A qrupu çərçivəsində Uels-İsveçrə (1:1), Uels–Türkiyə (0:2) və İsveçrə-Türkiyə (3:1) oyunlarına ev sahibliyi edib.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mənzil satanların DİQQƏTİNƏ: Sığorta ödənişinizi geri ala bilərsiniz

Mənzil satanların DİQQƏTİNƏ: Sığorta ödənişinizi geri ala bilərsiniz

Vətən müharibəsinin xronikası: 17 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 17 oktyabr – VİDEO

Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi

Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi

Türkiyəyə səs salan qətllə bağlı qərar verildi - FOTO

Türkiyəyə səs salan qətllə bağlı qərar verildi - FOTO

Məhkumların cəzasının təxirə salınması ilə bağlı mühüm QƏRAR

Məhkumların cəzasının təxirə salınması ilə bağlı mühüm QƏRAR

Futzal millimiz Çexiyaya UDUZDU

Futzal millimiz Çexiyaya UDUZDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

“Sakitliyim xəbərsizliyim deyil”

“Sakitliyim xəbərsizliyim deyil”

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Arda Güler daha 5 il "Real"da

Arda Güler daha 5 il "Real"da

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

End of content

No more pages to load

RADİO