Azərbaycanın I Liqa klubu "Baku Sportinq" heyətini serbiyalı futbolçu Luka Stevanoviçlə gücləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Ötən mövsüm də Bakı klubunun formasını geyinmiş serbiyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 27 yaşlı oyunçunun son klubu Belarus komandası "Molodeçno" olub.
Rəşad Rafiqoğlu, Bizim.Media