Fransalı reqbiçi Aksel Bertumye Dünya Kuboku matçı zamanı rəqibini dişlədiyi üçün uzun müddətlik diskvalifikasiya olunub.
Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
İrlandiya millisi ilə oyun zamanı Bertumye İfu Ayferi dişləyib. 1/4 finalda Fransa və İrlandiya qarşılaşıb, fransızlar 18:13 hesabı ilə qalib gəlib.
Bertumye idmana yaraşmayan hərəkətdə təqsirli bilinib. Qanun pozuntularını yoxlayan müstəqil komitə fransız idmançını 12 oyunluq diskvalifikasiya etmək qərarına gəlib.
Qeyd edək ki, Bertumye günahını etiraf etsə də, cəza müddəti ilə razılaşmadığını bildirib.
Rəşad Rafiqoğlu, Bizim.Media