"Qarabağ" klubunun xorvatiyalı futbolçusu Filip Ozobiç sentyabr ayından Azərbaycan millisində çıxış etməyə başlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Dalmatinski" nəşri məlumat yayıb. Məlumata görə, beş ildir Azərbaycanda olan Ozobiçin vətəndaşlıq da alıb.
Qeyd edək ki, Filip Ozobiç əvvəllər Xorvatiyanın yığma komandalarında çıxış edib. O, 2018-ci ilin yayından "Qarabağ"da fəliyyət göstərir. Ozobiç iyunun 27-də Ağdam klubu ilə müqaviləsini 2023-cü ilin yayınadək uzadıb.
Bizim.Media