İtaliyanın "Yuventus" klubunun idman direktoru Federiko Çerubini ulduz futbolçu Kriştiano Ronaldonun gələcəyi ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, funksioner mətbuat konfransında 36 yaşlı hücumçunun Turin təmsilçisindən getməsi ilə bağlı hansısa siqnalın olmadığını bildirib.
Klub rəsmisi portuqaliyalı oyunçunun keçidi ilə bağlı sadəcə müxtəlif söz-söhbətlərin üzə çıxdığını söyləyib.
O, Ronaldonun tətili başa çatan kimi komandaya qoşulacağını vurğulayıb. Qeyd edək ki, Kriştiano Ronaldonun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayınadəkdir. Hücumçu Turin klubuna 2018-ci ilin iyulunda "Real Madrid"dən 117 milyon avroya transfer olunub.
Bizim.Media