Avropa çempionatının Bakıda keçiriləcək oyunlarına bilet satışının vaxtı açıqlandı

Futbol üzrə Avropa çempionatının final mərhələsinin Bakıda keçiriləcək oyunlarına bilet satışının vaxtı açıqlanıb.

xa0

AFFA-danxa0Moderator.az-a verilən məlumata görə, final mərhələsinə 500 gün qalıb. Avropa çempionatının 60-cı ildönümünü qeyd etmək üçün turnirin bir və ya iki ölkədə keçirilməsi deyil, bütün qitəni əhatə etməklə genişləndirilməsi məqsədilə 2012-ci ildə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. O zaman UEFA-nın baş katibi vəzifəsində çalışan hazırkı FIFA prezidenti Canni İnfantino bu qərarı belə şərh etmişdi: “Bir ölkədə bir bayram əvəzinə, 2020-ci ilin yayında biz bütün Avropada bayram edəcəyik”.

xa0

2020-ci ildə Avropa çempionatı 12 müxtəlif ölkənin 12 müxtəlif şəhərindəki 12 müxtəlif stadionda keçiriləcək. Bu 12 məkanın hər birində ən azı 3 qrup mərhələsi oyunu və 1 play-off mərhələsi oyunu təşkil olunacaq.

Avro 2020-nin final oyununu Londondakı Uembli Stadionu qəbul edəcək.

xa0

Avro 2020-nin seçmə mərhələsi 2019-cu ilin martından noyabrına qədər olan müddəti əhatə edəcək və növbəti mərhələyə 20 komanda yüksələcək. Digər 4 yeri pley-off oyunları 2020-ci ilin martında keçirilməsi nəzərdə tutulan Millətlər Liqasından çıxacaq komandalar tutacaq.

xa0

UEFA üzvü olan 55 ölkənin hər birinin milli komandasının seçmə mərhələdə yarışmaq hüququ var və komandalar 10 qrupa bölünüb. 5 qrupda 5 komanda və 5 qrupda 6 komanda yer alıb və hər qrupdan ən yaxşı 2 komanda növbəti mərhələyə vəsiqə qazanacaq.

xa0

Bu gün ən böyük Avropa turnirinin başlamasına 500 gün qaldı. Bu əlamətdar çempionatın 60-cı ildönümünü qeyd etmək üçün Bakı turnirin final mərhələsinin 4 oyununu keçirməkdən qürur duyur: A qrupunda 3 oyun (13, 17, 21 iyun) və bir 1/4 final oyunu (4 iyul). Oyunların hamısı Azərbaycanın ən böyük stadionunda, 68.700 nəfər azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək.

xa0

Bilet satışına 12 iyun tarixindən başlanması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Kızılcık şerbeti"nin aktyoru Mustafa Başalan vəfat etdi - FOTO

"Kızılcık şerbeti"nin aktyoru Mustafa Başalan vəfat etdi - FOTO

Şəkidə parkdan keçən kişini it dişlədi

Şəkidə parkdan keçən kişini it dişlədi

Ursula fon der Lyayenin Ermənistana səfər TARİXİ açıqlandı

Ursula fon der Lyayenin Ermənistana səfər TARİXİ açıqlandı

Bu ixtisaslarda oxuyanlar iş tapa bilmirlər - Ən prestijli və prestijsiz sahələr

Bu ixtisaslarda oxuyanlar iş tapa bilmirlər - Ən prestijli və prestijsiz sahələr

Dünya çempionu Zəhra: "Qazandığım nəticə ilə fəxr edirəm"

Dünya çempionu Zəhra: "Qazandığım nəticə ilə fəxr edirəm"

Marketdən oğurluq edərkən kameraya düşdü, saxlanıldı – VİDEO

Marketdən oğurluq edərkən kameraya düşdü, saxlanıldı – VİDEO

Masazır və Saray sakinlərinin NƏZƏRİNƏ

Masazır və Saray sakinlərinin NƏZƏRİNƏ

Penitensiar xidmətə qəbul qaydalarında dəyişiklik edildi - QƏRAR

Penitensiar xidmətə qəbul qaydalarında dəyişiklik edildi - QƏRAR

Bürclərin gizli FOBİYALARI – Ən çox nədən qorxurlar?

Bürclərin gizli FOBİYALARI – Ən çox nədən qorxurlar?

Almaniyada gənclər mərkəzinə SİLAHLI HÜCUM – Ölən və yaralılar var – FOTO

Almaniyada gənclər mərkəzinə SİLAHLI HÜCUM – Ölən və yaralılar var – FOTO

“İmişli” baş məşqçisi ilə YOLLARINI AYIRDI

“İmişli” baş məşqçisi ilə YOLLARINI AYIRDI

İsa Həbibbəylidən ortaq Türk əlifbası ilə bağlı AÇIQLAMA – VİDEO

İsa Həbibbəylidən ortaq Türk əlifbası ilə bağlı AÇIQLAMA – VİDEO

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olundu - FOTO

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olundu - FOTO

Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA – “Maya dəyərindən də aşağı satılır”

Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA – “Maya dəyərindən də aşağı satılır”

NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazi YANIR

NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazi YANIR

Biricit Makronu yenidən vurub? – VİDEO

Biricit Makronu yenidən vurub? – VİDEO

Rusiya bazasının Ermənistandan çıxarılması iddialarına rəsmi Moskvadan CAVAB

Rusiya bazasının Ermənistandan çıxarılması iddialarına rəsmi Moskvadan CAVAB

Gecə istidən yata bilməyənlərin DİQQƏTİNƏ

Gecə istidən yata bilməyənlərin DİQQƏTİNƏ

Rayonlarda dolu düşəcək, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Rayonlarda dolu düşəcək, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sərnişinlərin NƏZƏRİNƏ – Qatarların hərəkət qrafiki dəyişdiriləcək

Sərnişinlərin NƏZƏRİNƏ – Qatarların hərəkət qrafiki dəyişdiriləcək

Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq dünyasını dəyişdi

Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq dünyasını dəyişdi

Yeddinci dəfə evlənmək üçün 60 kiloqram arıqladı – FOTO

Yeddinci dəfə evlənmək üçün 60 kiloqram arıqladı – FOTO

Ürək xəstəliklərindən xilas olmağın SİRRİ – Gündə cəmi 21 dəqiqə vaxt ayırmaq kifayətdir

Ürək xəstəliklərindən xilas olmağın SİRRİ – Gündə cəmi 21 dəqiqə vaxt ayırmaq kifayətdir

End of content

No more pages to load

RADİO