“Fənərbağça” baş məşqçisi Joze Mourinyo ilə yollarını ayıra bilər.
Bizim.Media “AS” qəzetinə istinadən xəbər verir ki, 62 yaşlı portuqaliyalı mütəxəssis Londonda "Fənərbağça"nın prezidenti Ali Koçla görüşüb və tərəflər müqavilənin potensial ləğvini müzakirə ediblər.
Mourinyo açıq şəkildə bildirib ki, o, yalnız müqaviləsinin sonuna qədər alacağı maaşı əldə etdikdən sonra “Fənərbağça”nı tərk edəcək.
Belə ki, İstanbul təmsilçisi 15 milyon avronu ödədikdən sonra Mourinyo komandadan ayrılacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media