Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Avropa kubokunun təsnifat mərhələsində yarımfinal oyununu keçirib.
Bizim.Media xəbər verir ki, yığmamız Kosovoda təşkil edilən turnirdə Maltaya 21:11 hesabı ilə qalib gəlib. Azərbaycan komandası bu qələbə sayəsində finala vəsiqə qazanıb.
Avropa kuboku 2025
Təsnifat mərhələsi
Yarımfinal
20:00. Azərbaycanın - Malta 21:11
Kosovo, Priştina
Qeyd edək ki, basketbolçularımız təsnifat mərhələsinin qrup oyununda yerli Kosovo millisinə 22:10 hesabı ilə qalib gələrək yarımfinala çıxmışdılar.
Rəşad Rafiqoğlu, Bizim.Media