Ceymi Gittens “Çelsi”yə keçməyə razılıq verib.
Bizim.Media xəbər verir ki, London klubu “Borussiya”nın cinah oyunçusu ilə prinsipial razılığa gəlib. Tərəflər 7 illik müqavilə imzalamağı planlaşdırır.
“Zadəganlar” Dortmund klubu ilə transfer danışıqlarını davam etdirir.
Ötən mövsüm Bundesliqada Gittens 32 oyunda iştirak edib, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media