“Turan Tovuz” klubu heyətindəki legionerlərdən daha birini heyətdə saxlamaq istəyir.
Bizim.Media xəbər verir ki, söhbət braziliyalı Kristiandan gedir.
Baş məşqçi Kurban Berdıyevin qalmağını təkidlə istədiyi futbolçu ilə artıq ilkin danışıqlar aparılıb. Yaxın günlərdə legionerlə rəsmi müqavilənin imzalanması gözlənilir.
Qeyd edək ki, Kristian ötən ilin yayından komandada çıxış edir.
Rəşad Rafiqoğlu, Bizim.Media