AFFA-nın baş katibi Cahangir Fərəcullayev Premyer Liqaya yüksələn yeni klubların problemlərindən danışıb.
Bizim.Media xəbər verir ki, o, jurnalistlərə açıqlamasında xüsusilə stadion məsələsinin həllində federasiyanın həmin klublara kömək göstərməyə çalışdığını vurğulayıb:
“Premyer Liqada komanda sayının 10-dan 12-yə yüksəldilməsinin gözlənilən problemi idi. Qərar qəbul edəndə bilirdik ki, qarşımıza problemlər çıxacaq. Hər iki klubla danışıqlar gedir.
AFFA bütün gücü ilə onlara köməklik göstərməyə çalışır. Yaxın günlərdə bununla bağlı inkişafı görəcəyik”.
Rəşad Rafiqoğlu, Bizim.Media