Qazaxıstanın Taraz şəhərində keçirilən "TJ Fight Night" Liqasının finalında cəlilabadlı döyüşçü Əhəd Həmzəli rəqibini məğlub edib.
Bizim.Media xəbər verir ki, bu nəticəyə görə idmançımız “Qara Kəmər”ə layiq görülüb.
Qeyd edək ki, Əhəd Həmzəli bu mərhələyə 23 mart 2025-ci ildə İstanbulda keçirilən beynəlxalq turnirdə qazandığı qələbə ilə vəsiqə qazanmışdı.
Həmin yarışda türkiyəli rəqibini tam üstünlüklə məğlub edərək finala yüksəlmişdi.
Sabutay, Bizim.Media, cənub bürosu