Simone İnzaqi "Əl-Hilal"ın baş məşqçisi vəzifəsinə təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
İtaliyalı mütəxəssis 2027-ci il iyunun 30-na qədər Səudiyyə Ərəbistanı klubunu çalışdıracaq. 49 yaşlı məşqçi "Əl-Hilal"da illik 25 milyon avro maaş alacaq.
Qeyd edək ki, daha əvvəl İnzaqi "Latsio", "İnter" klublarını çalışdırıb.
Bizim.Media