"Mançester Yunayted"in növbəti mövsüm üçün heyətdə düşünmədiyi Ceydon Sanço Türkiyədə çıxış edə bilər.
Bizim.Media xəbər verir ki, "Qalatasaray" ingiltərəli vingeri heyətinə qatmaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Sarı-qırmızılar" Sançonu icarəyə götürməyi planlaşdırır. "Qalatasaray" yaxın günlərdə "Mançester Yunayted"lə danışıqlara başlayacaq.
Qeyd edək ki, İngiltərə millisinin də üzvü olan Ceydon Sanço başa çatan mövsümdə icarə əsasında "Çelsi"də çıxış edib. 25 yaşlı futbolçu London təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 5 qol və 10 məhuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media