Belaruslu futbolçu Yeqor Xvalkonun “Kəpəz”lə müqaviləsi başa çatıb.
Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisi müdafiəçi ilə bağlı hələ qərarını verməyib.
Gözləmədə olan “sarı-göylər” hələ oyunçuya yeni müqavilə təklif etməyib. Xvalko klubda qalmağa müsbət yanaşır. O, ölkəsinə dönmək istəmir və Azərbaycanda qalmaq niyyətindədir.
Xvalko başa çatan mövsümdə Premyer Liqada 33 oyuna çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media