“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Oruc Məmmədovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu növbəti iki ili Premyer Liqa klubunda keçirəcək.
Xatırladaq ki, Məmmədov son olaraq “Səbail”də çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media