"Fənərbağça" icarə əsasında heyətinə qatdığı Milan Şkrinyarı komandada saxlamaq istəyir.
Bizim.Media xəbər verir ki, Türkiyə klubu slovakiyalı müdafiəçinin müqavilə ilə məxsus olduğu PSJ ilə danışıqlara başlayıb. Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
PSJ oyunçunu satmağın əleyhinə deyil. Paris klubu 30 yaşlı mərkəz müdafiəçisi üçün 20 milyon avro tələb edir.
Bizim.Media