2025/2026 mövsümündən Superliqada mübarizə aparacaq "Kocaelispor" yeni baş məşqçi ilə anlaşıb.
Bizim.Media xəbər verir ki, İzmit təmsilçisi Selçuk İnanla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla 1+1 illik müqavilə imzalanıb. "Qalatasaray"ın əfsanəvi futbolçularından hesab edilən İnan sonuncu dəfə "Qaziantep"i çalışdırmışdı.
Qeyd edək ki, "Kocaelispor" 16 ildən sonra Superliqaya geri qayıdıb.
Rəşad Rafiqoğlu, Bizim.Media